XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2016 - 19:16

“Akbank” Mərkəzi və Şərqi Avropanın ən yaxşı bankı elan edilib

akbank 123

“Euromoney” nəşri Türkiyənin “Akbank”ını Mərkəzi və Şərqi Avropanın ən yaxşı bankı kimi qiymətləndirib.

 “Akbank” “Euromoney” nəşrinin bu mükafatına ilk dəfə layiq görülüb. Jurnalın yazdığına görə, Türkiyənin bank sektoru formalaşmaqda olan bazar aləmində ən öndə gedən və mükəmməllərdən biri olaraq qalır. Onun inkişaf templərinə keçən il Avropanın inkişaf etməkdə olan ölkələrindən heç biri çatmayıb.

Jurnal “UniCredit”i isə 2016-cı il üzrə ən yaxşı regional maliyyə müəssisəsi elan edib.

Qeyd olunub ki, bu ilin ilk beş ayında səhmlərinin qiyməti 19 faiz artmış “Akbank” 2012-ci ilin mart ayından ilk dəfə Türkiyənin ən böyük kreditoruna çevrilib. (Azərtac)