Saakaşvilinin tərəfdarlarını döyüblər
Gürcüstan parlamentinin çıxışıdnda dava-dalaş baş verib.
Strateq.az Gürcüstan KİV-ə əsasən bildirir ki, savaşda müxalif “Vahid milli hərəkat”ın (Mixail Saakaşvilinin keçmiş partiyası) deputatları Georgi Qabaşvili və Georgi Bokeriya, həmçinin hökumətin istefasını tələb edən fəallar iştirak ediblər.
Gürcü mətbuatı yazır ki, qalmaqalda Saakaşvilinin tərəfdarları onun əleyhdarları tərəfindən döyülüb. Gürcü polisi iştirakçılardan bir neçəsini saxlaylıb.