Komitə üzvləri Abdulla öcalanla danışıqlarda iştirak edəcəklər
Türkiyə baş nazirinin müavini Yalçın Ağdoğan və kürdyönlü HDP-dən deputatlar kürd nizamlanması çərçivəsində müşahidə komitəsinin yaradılması barədə razılığa gəliblər.
Strateq.az Türkiyə KİV-ə əsasən bildirir ki, bu qurumun 16 üzvü bundan sonra Kürdüstan Fəhlə Partiyasının lideri Abdulla öcalanla danışıqlarda iştirak edəcəklər.
Kürd tərəfinin tələbinə görə, hökumətlə görüşlərdə öcalan şəxsən iştirak etməlidir. Sonralar görüşlər həbsxanadan kənarda və Türkiyə təhlükəsizlik qüvvələrinin silahdan imtina etməsi durumunda keçirilməlidir. Ankara bu şərtlərin yerinə yetirilməsinə razılaşmır, lakin komitənin yaradılması münaqişə tərəfləri arasında inamın möhkəmlənməsi tədbiri hesab edilir.