Kreml Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı ABŞ bazasına zərbələr endirdiyi iddialarından məlumatsızdır.
Bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
“Kremlin sözügedən iddiadan xəbəri yoxdur. KİV-in yaydığı əsassız məlumatlara şərh vermək istəmirəm”, – Peskov bildirib.
Xatırladaq ki, daha öncə xarici KİV Rusiya Hərbi Hava Qüvvələrinin Suriyadakı ABŞ bazasına zərbələr endirdiyi iddiası ilə çıxış edib. (Axar.az)