XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2015 - 01:30

İranla “Altılıq” ölkələri arasında nüvə danışıqları bu gün davam etdiriləcək

Avstriyanın paytaxtı Vyanada İranla “altılıq” ölkələri arasında xarici işlər nazirləri səviyyəsində növbəti nüvə müzakirələr başa çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bağlı qapılar arxasında keçən görüş iki saatdan çox davam edib.

Diplomatik mənbələrdən əldən edilən məlumata əsasən, bu gün – iyulun 7-də tərəflər yekun sazişin əsas mətni və əlavələr üzərində işi davam etdirəcəklər.

Xatırladaq ki, Vyanada İranla “altılıq” ölkələri (Böyük Britaniya, Almaniya, çin, Fransa, Rusiya və ABŞ) arasında Tehranın nüvə proqramına dair danışıqlar davam edir. Yekun sənədin iyunun 30-dək hazır olması nəzərdə tutulsa da, Vyanada keçirilən danışıqların növbəti raundunda tərəflər müzakirələrin müddətini iyulun 7-dək uzatmağa qərar veriblər.