XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2015 - 06:17

Şimali Koreyanın “qara qutusu” ölkədən qaçdı

Şimali Koreyanın nüfuzlu bir generalı ölkəsindən qaçıb. TASS xəbər agentliyinin verdiyi məlumata görə, generalın adı Pak Sin Vondur. O, Rusiyanın paytaxtı Moskvada rəsmi səfərdə olarkən yoxa çıxıb. Pak Sin Vonun xarici səfirliklərdən birinə sığındığı güman olunur.

Məlumatda o da bildirilir ki, fərari general Şimali Koreya hakimiyyətin həyata keçirdiyi repressiya siyasətinə etiraz edərək bu addımı atıb. General xüsusilə məsləkdaşı Şimali Koreya ordusunun Müdafiə Plan Komitəsinin rəhbəri Ma Vonq çunun edamından sonra bu qərara gəldiyi bildirilir.

Gəldiyi səfərdən ölkəsinə qayıtmayan Pak Sin daha əvvəl Şimali Koreyanın Moskvadakı səfirliyində ali səviyyəli hərbi atteşe vəzifəsini icra edirmiş. Qızı hal-hazırda Moskva Tibb Universitetində təhsil alan generalın ötən il Şimali Koreyanın ən nüfuzlu mükafatına-“Əmək qəhrəmanı” ördeninə layiq görüldüyü xəbər verilir.

Strateq.az