XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2015 - 06:18

İŞİD-dən neft-qaz alanlar cinayət məsuliyyəti daşıyacaq – Müsahibə

İŞİD keçən il Suriyanın Xoms bölgəsində bir neçə qaz yatağını ələ keçirtdi. Lakin İŞİD-in nefti qaçaqmalçı kanallarla sərbəst şəkildə xaricə axsa da, “mavi yanacaq” nəqlinin logistik fərqləri potensial müştəriləri hürküdür… Yeri gəlmişkən, həm də potensial cinayət məsuliyyəti.

Fransis Perren

Atlantico: Terrorçu qurumun qaz ehtiyatının nə qədər böyük olduğu məlumdurmu?

Fransis Perren: Xeyr, dəqiq məlumatlar yoxdur, çünki bölgədəki durum dəyişkəndir və keçmişdə artıq belə olub ki, qaz yatağı bir neçə ay İŞİD-in əlində ola qalıb, sonra isə hökumət qoşunları onu geri alıb. Buna baxmayaraq, bu yaxınlarda Palmiradakı “uğurlar” fonunda Suriyanın şərqində və Xoms ətrafında Suriyanın əhəmiyyətli dərəcədə qaz istehsalatı İŞİD-in nəzarəti alıtndadır. Nəzəriyyədə. çünki üç ildən artıq çəkən müharibə və təxribatlar, rejimə qarşı Qərb sanksiyaları və xarici şirkətlərin gedişindən sonra Suriyanın energetik aktivlərinin əksəriyyəti acınacaqlı durumdadır və tam bir sıra səbəblərə görə işləyə bilmir.

-Məlum olduğu kimi, İŞİD öz ərazisindəki nefti türklərə satmaqla pul qazanır. Bu gün onun qaz ehtiyatlarından yararlanmasına mane olan hansısa texniki və ya başqa əngəllər varmı?

-Neft və neft məhsulları İŞİD-in maliyyəsində böyük rol oynayır, lakin bu, yeganə qaynaq deyil (“vergilər”, fidiyə, zorla pul almaq, qədimi və incəsənət əşyaları alveri və s.). 2014-cü ilin yayından neftin qiymətinin düşməsi və ABŞ-ın başçılığı ilə koalisiyanın aviazərbələri onların gəlirini xeyli azaldıb. Hər necə olsa da, neft və neft məsulları ilə qaz və qaz məhsulları arasında xeyli fərq var. Əlbəttə, qiymətdə aşağı düşməyə hazır olmaqla maye yanacağa alıcı tapmaq asan olsa da, qazı satmaq çətindir. Bundan başqa, İŞİD-ə məxsus yataqlardan bəzilərində hələ də hasilat başlanmayıb. Yəni onlar istismar olunmur və gəlir vermir. İkinci fərq bundadır ki, İŞİD-in hasil etdiyi neftin bir hissəsi onun nəzarətindəki zonaların təchizatı və hərəkət tələbatının ödənməsinə gedir. Bu, qaza aid deyil. Buna görə də İŞİD üçün qazdansa neft və neft məhsulları daha vacibdir. İstənilən halda bir neçə qaz yatağına sahiblik faktı təsdiq edir ki, Suriya dövləti mövqeləri əldən verib və bu, təbliğat baxımından maraq doğura bilər.

-Bu resurs enerji bazarının iştirakçılarını maraqlandıra bilər? Buna nə mane ola bilər?

-Neft və neft məhsulları alıcıları bazarda, həqiqətən, var və onlara təklif etməli nə isə də var. Bu, xüsusən Türkiyəyə və Yaxın Şərqin bəzi dövlətlərinə aiddir. Neft hazırda həqiqi mənada yeganə vacib enerjidir. O hər yerdə, xüsusən nəqliyyat sahəsində lazımdır. Qaz energetika səhnəsində bu cür “status”la öyünə bilməz. Bundan başqa, energetika sənayesinin heç bir önəmli təmsilçisi Suriyanın İŞİD-in nəzarətində olan qazına ciddi maraq göstərməz.

Shell, Exxon Газпром kimi böyük şirkətlər bu gəlirli bazarla maraqlanıb yanacağın mənşəyinə göz yuma bilər. Durum sabitləşsə, onlar bu bazara çıxa bilərmi?

-Yox, bu, əsla mümkün deyil. Heç bir böyük şirkət İŞİD-in birbaşa və ya dolayısı ilə iştirakıyla energetika sövdələşməsinə yol verməz. Bu cür addımın siyasi və imic nəticələri, sadəcə, fəlakətli olardı. Hələ bunun tamamilə gerçək, mümkün cinayət məsuliyyətindən danışmıram. Həm də İŞİD enerji bazarında iri oyunçu kimi çıxış edə bilmir. O, satışa böyük miqdarda neft çıxrada bilmir, qazı isə lap azdır. İŞİD-dən nəqd pulla iri beynəlxalq şirkətlər deyil, yerli, bölgəsəl və milli səviyyədə qaçaqmalçılar yanacaq alır. Bütün bunlar dünyanın neft-qaz axınlarının miqyası ilə müqayisədə son dərəcə azdır. Lakin neftin “problemi” bundadır ki, xeyli pul gətirir. Həm də İŞİD-in istehaslı və satışının məhdud olması faktı babat pul qazanmaqda ona mane olmur.

Nəhayət, dünyada neft və qaz qıtlığı hiss olunmur. Əksinə, hətta son dərəcə çoxdur. Buna görə də qiymətlər düşüb. Əgər siz Shell, ExxonMobil, Газпром, Total və yaxud ВР-sinizsə, haradan sakitcə və qanuni şəkildə böyük həcmdə neft və qaz əldə etmək sizə çox yaxşı məlumdur. İŞİD dünyanın neft-qaz sənayesinin liserlərində maraq doğurmur.

“Atlantico” (Fransa), 06.07.2015

Fransis Perren jurnalist, müstəqil konsultant, enegetika və xammal üzrə mütəxəssisdir.