XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 10:40

Çin 4 milyard dollarlıqlayihəyə başlayır

Çin, Efiopiya və Cibutinin birgə həyata keçirməsi planlaşdırılan 4 milyard dollarlıq təbii qaz layihəsi hər il Efiopiyadan Çinə 10 milyon kubmetr mayeləşdirilmiş təbii qaz-LNG ixracını nəzərdə tutur.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, layihə yaxın zamanlarda icra edilməyə başlanacaq. Layihə Cibuti və Efiopiya arasında inşa ediləcək təbii qaz boru kəməri, qazı mayeləşdirən zavod və Cibutinin Damerjog bölgəsində tikiləcək ixrac terminalından ibarətdir. Hər il 12 milyard kubmetr təbii qaz daşıyacaq layihə 700 kilometrlik bir boru kəmərində ibarət olacaq. Həmçinin layihə üzrə Efiopiya hər il Çinə 10 milyon kubmetr LNG ixrac edəcək.

Üç ildə həyata keçirilməsi planlaşdırılan layihəni Çinin “POLY-GCL Petroleum Group” şirkəti icra edəcək.