XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 11:06

UEFA prezidentliyinə 3namizədin adı təsdiqləndi

UEFA prezidenti vəzifəsinə namizədlərin yekun siyahısı açıqlanıb.

Son müddət kimi qoyulan iyulun 20-dək 3 namizəd qeydiyyatdan keçib.

Aleksandr Çeferin (Sloveniya Futbol Federasiyasının prezidenti), Mixael van Praq (Hollandiya Futbol Assosiasiyasının prezidenti) və Anxel Mariya Vilyar (İspaniya Futbol Federasiyasının prezidenti) Avropa futbol qurumuna rəhbərlik uğrunda mübarizə aparacaq.

UEFA prezidenti seçkisi sentyabrın 14-də Afinada təşkilatın növbədənkənar konqresi çərçivəsində keçiriləcək. Bununla belə, burada 2007-ci ildən UEFA-ya rəhbərlik edən Mişel Platininin prezidentlik postundan gedişi də rəsmən açıqlanacaq.