Madeyra adasının hava limanı ulduz futbolçunun adını daşıyacaq.
Söhbət, Madrid “Real”ının və Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldodan gedir.
Bu barədə Madeyra Regional Hökumətinin sədri Migel Albukerke məlumat verib. O bildirib ki, Ronaldo Madeyranın şəhəri olan Funşalda anadan olduğundan, bu addımı atmağa qərar verilib.
Qeyd edək ki, Ronaldo dünən doğma şəhəri olan Funşala səfər edərək, yeni inşa olunan 5 ulduzlu otelinin açılışına qatılıb(apa).