XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 12:44

Yeni təklif:"Vahid Avropa ordusu yaradılsın!"

“Vışeqrad dördlüyü” vahid Avropa ordusunun yaradılması məsələsini yenidən gündəmə gətirməyi planlaşdırır. Çexiyanın Baş naziri Boquslav Sobotkanın sözlərinə görə, birgə müdafiə ideyası Avropada getdikcə daha çox dəstək qazanır.

B.Sobotka “Vışeqrad dördlüyü” ölkələrinin (Çexiya, Slovakiya, Macarıstan, Polşa) hökumət başçılarının iyulun 21-də Varşavada keçirilən danışıqlarından sonra deyib: “Avropanın birgə sərhəd və sahil zolağı mühafizəsini bir il ərzində təmin edə bilmişiksə, deməli, vahid Avropa ordusunun yaradılması layihəsini həyata keçirmək də tamamilə realdır”.

Baş nazirin fikrincə, Avropa İttifaqı Bratislavada keçiriləcək sammitdə “Brexit”lə deyil, başqa məsələlərlə, ilk növbədə Aİ çərçivəsində zəruri dəyişikliklərlə məşğul olmalıdır(azərtac).