XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 13:55

Fətullah Gülənə bağlı olan çoxsaylı obyektlər qapadıldı –Siyahı

gulen

Türkiyədə 35 səhiyyə müəssisəsi, 934 məktəb, 109 tələbə yataqxanası, 104 fond, 1125 dərnək, 15 universitet və 19 həmkarlar ittifaqı bağlanıb. 

Bu barədə Fövqəladə vəziyyət çərçivəsində alınan tədbirlərə dair ilk Qanun Hökmündə verilən Fərmanda qeyd edilib. Fərmanda həmçinin şübhəlilərin saxlanma müddətinin 30 günədək uzadıldığı qeyd edilib.

Aparılan istintaqlar çərçivəsində vəzifə və rütbəsindən asılı olmayaraq, dövlət vəzifəliləri də daxil olmaqla bütün şübhəlilər, zərərçəkmişlər və şahid ifadələri ədliyyə vəzifəliləri tərəfindən də alına bilər(AzNews.az).

Qeyd edək ki, iyulun 15-dən 16-sına keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Çevriliş cəhdində Fətullah Gülən ittiham edilir. Bu səbəbdən Gülənlə bağlılığı olan bütün obyektlər bağlanılır. Fərmanla fəaliyyəti dayandırılan təhsil müəssisələrinin də Fətullah Gülənlə əlaqəli olduğu ehtimal edilir.