XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2015 - 07:19

“Yunanıstan avrozonadan ayrılsın”-Avropalı yetkililərin çoxu bu görüşdədir

Yunanıstan xalqının referendumda xarici kreditorların “kəmər bərkitmək” tələblərinə “yox” deməsi müxtəlif reaksiyalarla müşahidə olunur. Referendumun nəticələrini şərh edən Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Laqarde Yunanıstan xalqının milli iradəsini diqqətlə izlədiklərini və hətta hökumət müraciət edərsə, köməklik göstərəcəklərini bildirib. Ekspertlər bu açıqlamanı fondun Afinaya maddi yardım etmək istəyiylə izah ediblər.

Almaniya və Fransadan da Afinaya xoş niyyətli mesajlar gəlib. Dünən Parisdə bir araya gələn iki ölkənin rəhbərləri görüşdən sonra keçirdikləri mətbuat konfransında referendumun nəticələrinə sayqıyla yanaşdıqlarını və müzakirə qapılarının açıq tutacaqların bildiriblər.

Yunanıstanın bu addımdan ötrü cəzalandırılmasını istəyənlər də az deyil. Onlardan biri Avropa Parlamenti (AP) sədr müavini Aleksandr Graf Lambsdorffdur. O, “Die Welt” qəzetinin dünənki sayında yer alan müsahibədə referendumun məntiqi nəticəsi olaraq Yunanıstanın Avrozonadan çıxmasını tələb edib.

Yunanıstansız avrozonanın daha da güclənəcəyinə inanan Lambsdorff müsahibəsində “Afinanın bu məkandan ayrılması Avropa Birliyinin on illərə söykənən uğurunda önəmli rol oynayan uzlaşma mədəniyyətini heç kimin poza bilməyəcəyini ortaya qoyacaq” deyib.

“Commerzbank”ın baş iqtisadçısı Jörg Kraemer da “yunanlar Avropa Birliyi ilə razılaşmanını əleyhinə səs verirlərsə bunun ən doğru nəticəsi ölkənin avrozonadan ayrılması olur” fikirini səsləndirib.

“Berenberg Bank” yetkilisi Holger Şmeydinq də refendumla “Yunanıstanın avrozonadan ayrılma ehtimalının ciddi şəkildə artdığına” inanır.

“Bayern LB”-den Jürgen Maykla görə isə “çipras hökuməti Yunanıstanın avrozonadan ayrılmasını gözə alacaq və heç bilinməyən bir başqa bölgəyə doğru addımlayacaq”.

Strateq.az