XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 İyul 2016 - 16:03

Münhendəki silahlı insidentdəTürkiyənin 3 vətəndaşı ölüb

"Almaniyanın Münhen şəhərində baş vermiş silahlı insident nəticəsində ölənlərdən 3 nəfəri Türkiyə vətəndaşıdır". 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 
Onun sözlərinə görə, həlak olanlar 15 yaşlı Sevda Dağ və Can Leyla və 1971-ci il təvəllüdlü Selçuk Kılıçdır. 

Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində 9 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Atəş açan şəxs də sonradan özünü öldürüb.