XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 16:11

Almaniyada fövqəladə iclas:“Təhlükəsizlik kabineti” toplanır

merkel

Bu gün Berlində kansler Angela Merkelin və əlaqədar nazirlərin iştirakı ilə Almaniya hökumətinin fövqəladə iclasının keçirilməsi planlaşdırılır.

“Təhlükəsizlik kabineti”nə xarici işlər, daxili işlər, müdafiə nazirləri, federal kansler idarəsinin başçısı daxildir.

Məzuniyyətini keçirmək üçün ABŞ-a yola düşən AFR-in xarici işlər naziri Tomas de Mezyer Münxendə törədilən cinayətə görə səfərini yarımçıq qoyub. Təyyarə Nyu-Yorkda yerə enən kimi o, Almaniyaya qayıtmaq barədə göstəriş verib(azərtac).