XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 16:42

Ter-Petrosyan:“Apreldən sonra ermənilər qarşısında bir çağırış durur - Qarabağ məsələsini həll etmək!”

 ter petrosyan

“Dördgünlük aprel müharibəsindən sonra erməni xalqı qarşısında xarici təhlükənin doğurduğu bir çağırış durur. Bu, Qarabağ ermənilərinin təhülkəsizliyini təmin etmək və Qarabağ münaqişəsinin həllidir. Bu prioritet məsələ özünün mühümlüyü ilə erməni xalqını narahat edən bütün digər məsələlərin üstünü örtür”.

Strateq.az bidirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Yerevandakı girovlarla bağlı yaranmış böhrana münasibət bildirərkən deyib.

Eks prezidentin sözlərinə görə, bundan çıxış edərək hazırda ölkənin bütün ictimai-siyasi qüvvələrin fəaliyyəti yalnız bu baxımdan qiymətləndirilməlidir: “Təəssüf ki, tərəflər bu kriteriyanın mühümlüyünü sanki anlamırlar. Bu isə çox təhlükəlidir”.