XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 17:05

Ermənistanda son girovlar daazad edildi

Silahlı qruplaşma üzvlərinin Yerevanda post-patrul xidməti polkunun ərazisində saxladıqları son girovlar da azad edilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti silahlı qruplaşmanın əlində qalan son iki girovun – Ermənistan polis rəisinin müavini general-mayor Vardan Yegizaryanın və Yerevan şəhər polis rəisinin müavini polkovnik Valeri Osipyanın azad olunması faktını təsdiqləyib.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirdilər(azərtac).