Hazırda dünya üzrə 100 ayrı ölkədən olan 30 min terrorçu var.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin Antiterror Komitəsinin rəhbəri Jan Pol Labord məlumat verib.
Onun sözlərinə görə, terror bütün dünya üçün real təhlükədir və onunla təkbaşına mübarizə aparmaq mümkün deyil.
O da məlum olub ki, təkcə bu ilin Ramazan ayında İŞİD 16 ölkədə 393 hücum həyata keçirib ki, bunların da əksəriyyəti Suriya və İraqın payına düşür.