XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 18:44

Çavuşoğlu:"Qiyam cəhdiylə bağlı materiallar on gün ərzində ABŞ-a göndəriləcək"

movlud-cavusoglu

"Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı cinayət işinin materialları bir həftə və ya on gün ərzində ingilis dilinə tərcümə olunub ABŞ-a təqdim olunacaq". 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün zəruri sənədlər ABŞ-a göndərilir: "Bundan sonra Türkiyə nümayəndə heyəti bir ay içinde ABŞ-a səfər edəcək və məsələylə bağlı birbaşa danışıqlar aparacaq".