XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

23 İyul 2016 - 20:05

Ermənistandakı silahlı qrup:"Təslim olmayacağıq"

İrəvanda Post-Patrul Xidməti Alayının binasını ələ keçirən silahlı qrup təslim olmaq niyyətində deyil.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə silahlı qrupun  üzvü Varujan Avetisyan bildirib.  
 
“Bizim qrupun təslim olmaq niyyətində olması barədə bütün xəbərlər yalandır. Biz yalnız aşağıdakı tələblərimiz yerinə yetirildikdə silahlarımızı yerə qoyacağıq: Serj Sarkisyanın istefası, heç bir halda hakim Respublika Partiyasının üzvlərinin tərkibində yer almayacağı müvəqqəti hökumətin formalaşdırılması və yeni seçkilərin keçirilməsi”, – deyə Avetisyan bildirib.
 
Qeyd edək ki, bundan əvvəl silahlı qrup mətbuat nümayəndələri ilə görüşün təşkil ediləcəyi təqdirdə girov götürdükləri polis əməkdaşlarını azad edəcəklərini vəd ediblər. Hökumət nümayəndələri ilə danışıqlardan sonra onlara jurnalistlərə görüşməyə şərait yaradılıb. Silahlılar girov saxladıqları sonuncu iki polis əməkdaşını azad ediblər.