XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2015 - 09:34

Assanc «Google»ı ittiham etdi – Siyasi əməliyyat sistemidir

«Wikileaks»in yaradıcısı Culian Assanc növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Assanc bildirib ki, bütün dünyanın xidmətlərindən istifadə etdiyi «Google» üzdə göründüyü kimi, sıradan axtarış yox, məlumat axınına nəzarət edən siyasi əməliyyat sistemidir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Assanc insanların gündəlik həyatına yaxından nüfuz edən «Google»ın sürətlə böyümək arzusunda olduğunu və «Android» vasitəsiylə telefonlar üzərində də hakimiyyəti ələ aldığını bildirib.

Assancın sözlərinə görə, hər gün milyardlarla insan «Google»ın loqosu ilə rastlaşır və şirkət dünya üzrə məlumat axınını tək əldə cəmləşdirməyi hədəfləyir. «Google»da axtarışın nəticələrini müəyyənləşdirən sistemin tərəfsiz olmadığını da deyən Assanc, şirkətin ABŞ-da böyük lobbi formalaşdırdığını da açıqlayıb: «Şirkət böyüdükcə, həyata keçirdiyi qanunsuz işləri leqallaşdırmağa başlayır».

Strateq.az