XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2016 - 20:40

Türkiyə XİN-də də “təmizləmə”aparılacaq

"Türkiyə Xarici İşlər Nazirliyində Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli əməkdaşların müəyyənləşdirilməsi üçün komissiya yaradılıb". 

"Report" "Milliyet"e istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, hazırda vəzifəsindən kənarlaşdırılacaq əməkdaşların siyahısı müəyyənləşdirilir: "FETÖ üzvləri imtahan suallarının ən çətin olduğu dövrlərdə Türkiyə Xarici İşlər Nazirliyinə sızıblar. Həmin suallar imtahandan əvvəl camaat tərəfindən iştirakçılara paylanılıb".