Yeni Zelandiyada Kuinstaun aeroportunda göyərtədə təmizlik işləri aparılarkən təyyarədə bomba olması barədə məktub tapılıb.
Azərtac xəbər verir ki, məktub təyyarə aeroporta enəndən sonra aşkarlandığından sərnişinlər elə də həyacan yaşamayıb.
Hüquq-mühafizə orqanları araşdırma aparıb, aeroport normal rejimdə fəaliyyətini davam etdirir.
Təyyarə Avstraliyanın “Qantas” aviaşirkətinə məxsusdur.