XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

24 İyul 2016 - 10:59

Əfqanıstanda matəmelan edildi

Əfqanıstan prezidenti Əşrəf Qəni Kabulda ən azı 80 nəfərin həlak olduğu və 231 nəfərin xəsarət aldığı bazar günü terror aktı qurbanlarının xatirəsinə milli matəm günü elan edib.

"Düşmənlərimiz düşünürlər ki, bizi bir-birimizdən ayıra bilərlər. Amma onlar məğlub olacaqlar", – Əfqanıstan prezidenti televiziya çıxışı zamanı deyib.

Rəsmi məlumata əsasən partlayış 3 kamikadze tərəfindən həyata keçirilib. Onlardan biri partlayış törətməyə müvəffəq olub, ikinci yaraqlının partlayıcı qurğusu işə düşməyib, üçüncü terrorçu isə polis tərəfindən güllələnib.

Həlak olanlar və yaralananlar arasında etiraz aksiyası iştirakçılarının təhlükəsizliyini təmin edən polis əməkdaşları da var.