XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 İyul 2016 - 13:27

Uorlik Ermənistan və Azərbaycanaçağırış etdi

uorlik

“ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyr”.

Bunu Ermənistanın “Aravot” qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

C.Uorlik deyib ki, Vyanada keçirilən görüşdən sonra atəşkəs rejimi əhəmiyyətli dərəcədə təmin edilib: “İstənilən güc tətbiqi həmsədrlər və həmsədr ölkələr tərəfindən ciddi mühakimə ediləcək. Vasitəçilər tərəfləri Vyana və Sankt-Peterburq görüşlərində əldə edilən razılaşmaları yerinə yetirməyə çağırır.

Bu razılaşmalar ATƏT-in Monitorinq Qrupunun genişləndirilməsi, təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını, münaqişənin hərtərəfli tənzimlənməsinə apara biləcək mahiyyəti üzrə danışıqların aparılmasını ehtiva edir.

Sankt-Peterburqda tərəflər arasında danışıqların yenidən başlanılmasını görmək bizə ümid yaradıb. Növbəti addım monitorinq missiyasının genişləndirilməsidir. Bununla bərabər həmsədrlər tərəflərlə insidentlərin araşdırılması mexanizmi ilə bağlı təklif üzərində işi dayandırmayacaq”(apa).