“Putin əgər ağlını itirib dəli olarsa, o zaman Qərbə mühairbə elan edə bilər. Belədə isə əlbəttə yox.”
Strateq.az bildirir ki, bu sözləri “Exo Moskvı” radiosuna müsahibəsində Rusiyanın keçmiş baş naziri, müxalifətçi “PRANAS” Hərəkatının rəhbəri Mixail Kasyanov Moskvanın ABŞ-la qarşıdurmasını şərh edərkən deyib.
Aparcının “Siz Putini tanıyırsınz. O, Qərbə müharibə elan etməyə qərar verərmi?” sualnın cavabında M.Kasyanov “Hesab edirəm ki, yox. Bu axmaqlıq olardı” deyə cavablandırıb.
Rusiyanın milli təhlükəsizlik doktrinasını tənqid edən Kasyanov deyib ki, Putin br yandan NATO-ilə əməkdaşlıq məsələsini inkar etmir, digər tərəfdən Alyansı “bir nömrəli düşmən” elan edib.
“Qərb guya bizə NATO-nun Şəqrə doğru genişlənməyəcəyini vəd edibmiş. Bu yalandır. Belə bir vəd olmayıb. Nə Qorbaçova, nə də Yeltsinə belə vəd verilməyib. Onların hər ikisi bunu təsdiq ediblər. Düzdür, Dnesteryanı problemini, ATƏT-in İstanbul sammitindəki razılaşlmaları nəzərə alaraq SSRİ-nin mirasını həll etmək üçün müzakirə olub. Amma biz ATƏT-in İstanbul sammitinin öhdəliklərinə əməl etmədik. Düzdür, Ukraynanın nüvə silahı ilə bağlı 1994-də memorandum imzalanıb, biz bunu həll etdik və üzərimizə bu yükü götürdük, kimyəvi silahların məhv edilməsi ilə bağlı öhdəliyə əməl etdik. Biz nüvə tərksilahı barədə bütün öhdəlikləri dsətəkləyirik. Amma bu gün “nüvə dubinka”nı yellətmək məsuliyətsizlikdir”-deyə Kasyanov vurğulayıb.
X.SƏFƏROĞLU