Almaniyanın Roytlinqen şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib.
Bu barədə “Bild” qəzeti xəbər verib. Hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Cinayətkar polis tərəfindən yaxalanandan sonra onun suriyalı miqrant olduğu üzə çıxıb.
İnsident Roytlinqen şəhərinin avtovağzalında baş verib. 21 yaşlı suriyalı qaçqın aralarında yaranmış mübahisədən sonra 1 qadın və 2 kişini bıçaqlayıb. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib(apa).