XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2016 - 12:44

İran prezidenti avqustun 7-də Bakıya gəlir

ruhani-22

İran İslam Respublikası prezidenti İran, Azərbaycan Respublikası və Rusiya üçtərəfli iclasında iştirak üçün avqustun 7-də Bakıya səfər edəcək.

Strateq.az bildirir ki, bu barədə İran Dövlət Televiziyası məlumat verib. IRIB-in məlumatına görə, İran, Azərbaycan Respublikası və Rusiya üçtərəfli iclası avqustun 8-də Bakıda üç prezident səviyyəsində keçiriləcək.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu səfərdə həmkarı İlham Əliyev və Vladimir Putinlə üçtərəfli iclas keçirəcək.

Azərbaycan Respublikası prezidentinin təklifi ilə keçirilən bu iclasda üç ölkə regional məsələlər, eləcə də üçtərəfli əlaqə və əməkdaşlıqlar üzrə müxtəlif sahələrdə danışıqlar və məşvərətlər aparacaq.

Bu ilin yazında da Bakıda İran, Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirlərinin üçtərəfli iclası keçirilmişdi və tərəflər təhlükəsizlik, siyasi və iqtisadi həmkarlıqların genişlənidirilməsini vurğulamışdılar.