XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 06:42

“Kürd məsələsi” ABŞ-Türkiyə müttəfiqliyinə kölgə salmağa başladı

Rəsmi Ankara Suriyada kök salan kurd separatizminə qarşı mübarizəyə hazırlaşarkən onun müttəfiqi ABŞ-dan isə fərqli səslər gəlməyə başlayıb. Maraqlıdır ki, əvvəl ABŞ prezidenti Barak Obama, ardından isə müdafiə naziri Eşton Karter kürd separatçılarını bölgədəki ortaqları adlandırıblar.

Dünən Pentaqonda iştirak etdiyi bir toplantıdan sonra mətbuata açıqlama verən Barak Obama son zamanlar İraq və Suriyada İŞİD-ə qarşı mübarizədə xeyli nailiyyətlər əldə etdiklərini bildirib. Həyata keçirilən 5000-ün üzərində hava hücumunda İŞİD-in çox sayda mövqelərini, hərbi texnikalarını, təlim düşərgələri və bomba hazırlayan obyektlərini məhv etdiklərini deyən prezident içərilərində ali rütbəli komandirlərin olduğu minlərlə terrorçunu da zərərsizləşdirdiklərini bildirib. Bütün bu uğurlarda mübarizə ortaqlarının payı olduğunu deyən Obama əlavə edib ki, son bir ildə bölgədəki ortaqlarıyla terror təşkilatına qarşı uğurlu əməliyyatlar keçirə biləcəklərini görüblər. Buna misal olaraq da Kobani və Tel Abyadın işğaldan azad edilməsini göstərən Obama dolayısıyla YPG-ni ABŞ-ın ortağı kimi təqdim edib.

ABŞ-ın müdafiə naziri isə Senatın Silahlı Xidmətlər Komitəsində jurnalistlərin sualını cavablandırıb. O da İŞİD-lə mübarizədə daimi bir partnyora ehtiyacları olduğunu etiraf edib. Jurnalistin “Müstəqil Kürdüstan fikri Türkiyədə, hətta ümumiyyətlə, bütün coğrafiyada mübahisələrə yol açır. Siz müstəqil dövlət ideyasını dəstəkləyirsinizmi?” sualına ikibaşlı cavab verən Karter deyib: “Bəli, Türkiyə üçün müstəqil, ayrı dövlət problemli ola bilər”.

Strateq.az