XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 07:33

Səudiyyə Ərəbistanından Rusiyaya 10 milyard dollarlıq “NƏFƏSLİK”

ABŞ və Qərb dövlətlərinin sanksiyalarına məruz qalan Rusiya son 5 illik tarixinin ən böyük xarici investisiyasını ölkəyə cəlb etməyi bacardı. Maraqlıdır ki, Rusiyaya 10 milyard dollar həcmində investisiya yatırmaq istəyən də ABŞ-a yad qüvvə deyil. Əksinə Yaxın Şərqdə rəsmi Vaşinqtonun ən yaxın müttəfidi olan Səudiyyə Ərəbistanıdır.

Səudiyyə Ərəbistanının “Hegemon Birlik” fondunun verdiyi bu qərara əsasən, bu məbləğ növbəti 5 il ərzində Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə yatırılacaq. Bundan başqa, Rusiya yeni müttəfiqinin ərazisində bir neçə atom elektrik stansiyası da tikəcək. Bu inşaatların da Moskvaya xeyli pul qazandıracağı gözlənilir.

Rusiyanın tam maliyyə sıxıntısı yaşadığı indiki dövründə Səudiyyə Ərəbistanından gələn bu xoş xəbər Kreml üçün əsl “nəfəslik” olacaq.

Strateq.az