XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 08:21

Saakaşvili məhkəməyə verildi: Milyonluq təzminat

Ukrayna Dövlət Aviasiya Xidmətinin keçmiş sədri Denis Antonyuk Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib. Axar.az xəbər verir ki, Antonyuk bu barədə özünün Feysbuk hesabında yazıb. O, Saakaşvilinin onun nüfuzuna zərər verdiyini bildirib və 1 milyon qrivna (48 min 600 manat) tələb edib. Antonyuk Saakaşvilinin hərəkətlərinin qanunsuz olduğunu bildirib:

“Saakaşvilinin komissiyanın üzvü olmadığına görə 26 iyunda keçirilən iclasda iştirak etmək hüququ yox idi”. Qeyd edək ki, iyunun 26-da Saakaşvili Dövlət Aviasiya Xidmətinin komissiyaları ilə iclas keçirib. İclas zamanı Saakaşvili xidmət rəisini konkret şəxslərdən pul almaqda və oliqarxların maraqlarına işləməkdə ittiham edib.