XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 İyul 2016 - 16:05

MKİ-nin sabiq direktoru: “İncirlik hərbi bazası NATO-nun deyil”

hayden

“Türkiyədəki İncirlik hərbi bazası NATO-nun deyil. Bu türk hərbi bazasıdır. Bizə bu bazadan istifadə etməyə icazə veriblər”.

Strateq.az bildirir ki, bu sözləri  ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru, general Maykl Hayden müsahibəsində bildirib.

MKİ-nin eks rəhbərinin sözlərinə görə, ABŞ-a  bu bazada hər hansı hüquq verilməyib: “Bizim bu bazada  türk hakimiyyəti tərəfindən təqib edilən insanları müdafiə etmək hüququmuz yoxdur”.

Maykl Hayden deyib ki, İncirlik hərbi bazası ABŞ-ın nəzarətində olan ərazi sayılmır.