XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 13:27

Amerikalı məşhurlarTrampa qarşı birləşdi

ABŞ-da yüzdən çox tanınmış şəxs Respublikaçılar partiyasından prezidentliyə namizəd, ölkədə gərginliyi artıran bəyanatlar səsləndirən Donald Trampa qarşı kampaniya başladıblar. Həmin şəxslər ABŞ prezidenti vəzifəsinə can atan “milyarderin namizədliyinin real və həqiqi təhlükəsinə” diqqət çəkməyin vacib olduğunu hesab edirlər.

Azərtac “Policy.mic” portalına istinadla xəbər verir ki, “Nifrətə qarşı birlik” (United Against Hate) adlandırılan kampaniya “MoveOn.org” təşkilatı tərəfindən həyata keçirilir. Kampaniyada aktyorlar Vudi Harrelson, Mark Ruffalo, Culian Mur, Oliviya Uayld, Meq Rayan, Brayan Krenston, Nil Patrik Harris, Sintiya Nikson, rejissor Maykl Man, musiqiçilər Mobi, Talib Kveli və bir başqaları iştirak edirlər. Onlar sayta ünvanladıqları məktubda “öz imkanlarından və nüfuzlarından istifadə edərək Donald Trampa və onun təmsil etdiyi nifrət ideologiyasına zərbə vurmaq” üçün çalışacaqlarını bildiriblər.