XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 July 2015 - 19:59

Anlaşma olmasa, Yunanıstan iflas edəcək – AB prezidenti xəbərdarlıq etdi

Son günlər bütün dünyanın diqqəti Yunanıstana yönəlib. ölkədə yaşanan maliyyə böhranı, əhalinin referendum yoluyla beynəlxalq kreditorların yardımından imtinası bütün Avropanın bir nömrəli məsələsinə çevrilib.

Prosesin necə yekunlaşacağı yaxın günlərdə bəlli olacaq. Hələlik Avropa liderləri konkret təkliflər təqdim etməsi üçün Yunanıstana iyulun 9-dək vaxt veriblər. öz növbəsində, Yunanıstan hökuməti də təkliflərinin hazır olduğunu açıqlayıb.

Strateq.az BBC-yə istinadən xəbər verir ki, Avropa Birliyinin (AB) prezidenti Donald Tusk son açıqlamasında Yunanıstana ciddi şəkildə xəbərdarlıq edib.

Tusk bildirib ki, əgər Yunanıstan borc probleminin həllinə dair anlaşma əldə etməsə, bu, ölkənin iflası ilə nəticələnəcək. üstəlik AB prezidenti hesab edir ki, tərəflər arasında razılığın əldə olunmaması bütün Avropada geosiyasi problemlərə gətirib çıxara bilər.

Qeyd edək ki, Yunanıstanın xarici borcu 300 milyard avroya yaxındır.