XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 14:09

Madlen Olbraytdan xəbərdarlıq:“Trampın prezident seçilməsi Putin üçün hədiyyə olacaq”

olbrayt

“Donald Trampın prezident seçkisində qələbəsi Vladimir Putin üçün hədiyyə olacaq”.

Strateq.az bildirir ki, bu sözləri ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt verdiyi bəyanatda bildirib.

Olbrayt deyib ki, bu bütün Amerika vətəndaşları üçün narahatlıq doğuracaq əsas olmalıdır: “Həqiqət budur ki, Trampın qələbəsi Putin üçün əsl hədiyyə olacaq. Rusiyanın hərəkətlərini nəzərə alsaq deyə bilərik ki, Kreml Trampın qalib olmasını həddən artıq arzulayır. Bu hər bir amerikalını narahat etməlidir”.

Olbrayt deyib ki, Tramp öz mövqeyi ilə ABŞ-ın milli maraqlarına artıq zərbə vurub. Onun xarci siyasətlə bağlı mövqeyi isə fəlakətdir.  

“Tramp müsəlmanlara qarşı ayrı-seçkilik bəyanatları ilə bizim terrora qarşı apardığımız mübarizəni dağıdıb. O, dünyada bizim mövqeyimizi zəiflədib” –deyə sabiq dövlət katibi bəyanatında vurğulayıb.