XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 14:43

“Birinci hədəf prezident, sonra mən idim…” –Davudoğlundan sensasion açıqlamalar

erdogan-davudoglu

"Mənim ofisimi dinləyən bu qrup bizi Suriyaya görə günahkar çıxarmaq istəyirdi".

Bunu NTV televiziyasına müsahibəsində Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu söyləyib.

Onun sözlərinə görə, FETÖ-çuların ilk hədəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olub:

“Xarici işlər naziri olanda ofisimi dinlədilər. Bunu dinləyən qruplaşmanın hədəfi çox aydın idi. Suriyada bizi günahkar edib, rəsmi Dəməşqin üzərindən bütün günahları silmək istəyirdilər.

Əgər çevriliş olsaydı, onların birinci hədəfi prezident, sonra mən idim. Hədəflərində daxili işlər naziri və Milli İstihbarat Təşkilatının rəhbəri də var idi. Bu, bir neçə ay öncə hazırlanan plandı. Mənim ofisimi dinləyənləri o zaman çox araşdırdıq. Onlara yardım edənlərin nazirlik içərisində olduğu aydın idi. Şübhəliləri passiv vəzifəyə yerləşdirdik. Çünki həmin şəxsləri vəzifədən uzaqlaşdıranda məhkəmə qərarı ilə yenidən geri göndərirdilər. Ona görə də daima nəzarətimiz altında saxlamağı qərara aldıq.

MİT 2012-ci ildən bu yana xəbərdarlıq edirdi. 2012-də Hakan Fidana qarşı əməliyyata başladılar və onu vəzifədən uzaqlaşdırmaq istədilər. O zaman Ərdoğan buna imkan vermədi. Çevrilişə cəhdlə bağlı ilk kəşfiyyat məlumatı Hakan Fidana qarşı sui-qəsdin təşkil olunacağı haqda idi”. 

Axar.az