XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 15:18

Aİ Şurasına gələn il bu ölkəsədrlik edəcək

Estoniyanın Avropa İttifaqı (Aİ) Şurasında sədrliyi nəzərdə tutulan vaxtdan yarım il əvvələ, yəni 2018-ci ilin birinci yarısından 2017-ci ilin ikinci yarısına keçirilir.

Estoniyanın Baş naziri Taavi Rıyvas bu barədə deyib: “Avropa İttifaqı gələn il ümumi maraqları və üzv dövlətlərin məqsədlərini üzə çıxarmaq və bir çox mürəkkəb məsələlərdə razılıq əldə etmək istəyən və bunu bacara bilən dövlətin sədrliyinə ehtiyac duyur.

Avropa İttifaqı öz gələcəyinin prinsipial seçimi qarşısında dayandığı bir vaxtda Estoniya üzərinə sədr-dövlət məsuliyyətini götürür. Biz Aİ Şurasında altı ay əvvəl sədr dövlət kimi öz vəzifələrimizin öhdəsindən yaxşı gələcəyik və işimizin keyfiyyətini aşağı salmayacağıq”(azərtac).