XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 05:38

NATO Gürcüstanda hərbi təlimə başladı
NATO Gürcüstanda hərbi təlimə başladı
Gürcüstan NATO ölkələri ilə birgə təlimlərə başlayıb.
ANS PRESS-in məlumatına görə, hərbi təlimlər NATO-nun paytaxt Tiflisdən 20 kilometr aralıda yerləşən hərbi bazada keçirilir.
Vaziani hərbi bazasında təlimlər iyulun 7-dən başlayıb və iki həftə davam edəcək. Təlimlərə Gürcüstandan başqa, ABŞ, Latviya, Litva, Rumıniya və Bolqarıstan da ölkələr də qatılıb.
Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun Şərqi Avropada fəallığı haqqında narahatlığını söyləyib.
ümumiyyətlə, NATO Gürcüstanın müdafiə qabiliyyətini gücləndirməyə qərar verib. Bu məqsədlə Tiflisdə NATO-Gürcüstan təlim-tədris mərkəzi də yaradılıb. Təşkilatın Baş katibi Yens Stoltenberq deyib ki, biz bunu Gürcüstanın müstəqilliyinə hörmətimizə görə edirik. Biz təlim-tədris mərkəzini yaratmağa qərar verdik və bu, yaradılır. Bu tədris mərkəzi NATO-ya məxsus olmayacaq, sadəcə hərbi təşkilat bunun yaradılmasında Gürcüstana kömək edəcək.

Onun sözlərinə görə, NATO Gürcüstanın Avropaya inteqrasiya prosesini davam etdirməsini, bu yola sədaqətini alqışlayır. Bu, çox əhəmiyyətlidir və birmənalı yanaşmadır. Eyni zamanda, NATO-nun 2008-ci ildə keçirilən Sammitində qəbul olunan qərara uyğundur. O zaman qərar qəbul etdik ki, Gürcüstan NATO-nun üzvü olacaq. Buna görə, biz Gürcüstanın bu kursa sədaqətini alqışlayırıq.
NATO-Gürcüstan komissiyasının bu il fevralın 5-də iclası keçirilib. İclas Şimal-Atlantika Məsləhət Şurasının dəstəyi ilə NATO ölkələrin müdafiə nazirləri səviyyəsində baş tutub. Komissiyanın iclasında hərbi ittifaqa üzv olan dövlətlər və təşkilatın tərəfdaşları üçün Gürcüstanda NATO-nun Təlim Mərkəzinin yaradılması planı müzakirəyə çıxarılacaq.
Hələ bu ilin martında Alyansın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirilib ki, NATO və Gürcüstan bu ilin yayında birgə təlimlər keçirəcək. Bu ölkə ilə əməkdaşlıq çərçivəsində Gürcüstanda müntəzəm təlimlər keçirməyi planlaşdırırıq.
Gürcüstanın NATO ilə əməkdaşlığı 1994-cü ildən – Gürcüstanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulandan sonra başlayıb. 2004-cü il inqilabından sonra isə bu əməkdaşlıq daha da intensivləşib. 2008-ci ilin aprelində isə Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO üzvü olmasının mümkünlüyü təsdiqlənib. NATO himayəsi altında təlimlər ilk dəfə 2014-cü ilin noyabrında Litvada keçirilib.
ümumiyyətlə, NATO-nun Cənubi Qafqaz regionunda yaranmış vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapıb. Bəyannamədə ərazi ələ keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi səciyyələndirilir.
Azərbaycan-NATO əlaqələri 1994-cü ildən başlayır. Belə ki, həmin il yanvarın 10-11-də Brüsseldə keçirilmiş NATO Şurasında Sülh naminə tərəfdaşlıq (SNT) proqramı bəyənildi. SNT proqramına dəvət ŞAƏŞ-də iştirak edən bütün tərəfdaş dövlətlərə, o cümlədən ATƏT-in üzvü olan dövlətlərə göndərildi. 1994-cü il mayın 3-4-də Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının çərçivə sənədini imzaladı. Bununla, Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramını imzalamış 15-ci dövlət oldu.