XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

27 İyul 2016 - 15:44

Ankarada Ali Hərbi Şuranıniclası keçiriləcək

İyulun 28-də Ankarada, Çankaya köşkündə Baş nazir Binəli Yıldırımın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçiriləcək.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşığın da iştirak edəcəyi iclasda Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar, güc strukturlarında islahatlar və s. məsələlər müzakirə olunacaq. Şuranın iclasında qəbul ediləcək qərarlar imzalanması üçün prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.

Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir(azərtac).