XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 19:04

Numan Kurtulmuş:"Silahlı Qüvvələri Gülənin tərəfdarlarından təmizləmək prioritetdir"

Türkiyə üçün Silahlı Qüvvələri Fətullah Gülənin tərəfdarlarından təmizləmək prioritetdir.

Trend-in TGRT telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş nazirinin müavini Numan Kurtulmuş deyib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin strukturunda islahatlar gözlənilir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.