XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 20:45

Çexiyada qalmaqal:polisi vətəndaşların telefon danışıqlarını dinləyir

“Dnes” qəzeti yazır ki, 2015-ci ildə Çexiya polisi müxtəlif təhqiqatlar çərçivəsində 6978 telefon danışığını dinləyib. Bu da əvvəlki illə müqayisədə 7 faiz (550 söhbət) azdır.

Gizli dinləmələrin üçdəbirindən çoxu mütəşəkkil cinayətkar qrupların fəaliyyətini müəyyən etmək üçün həyata keçirilib. Polis dinləmələri siyahısının təhlilinə əsasən, dinləmələr daha çox Narkotiklərə qarşı Mübarizə üzrə Milli Mərkəz (NPC) tərəfindən həyata keçirilib. NPC ötən il 1167 xətdən 750 nəfərin telefon söhbətinə qulaq asıb.

Praqa kriminal polisi 964 xətt üzrə 607 nəfərin danışığına nəzarət edib. Mütəşəkkil Cinayətkarlığın Açılması üzrə İdarənin (ÚOOZ) müstəntiqləri isə dinləmə cihazlarından 812 dəfə istifadə ediblər və bu dinləmələr 587 nəfəri əhatə edib(azərtac).