XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2015 - 12:26

İŞİD-in canı düymədəymiş

Türmənlər İraqı İŞİD-dən təmizləyirlər

IŞİD Türkmen nahiyesini kuşattı

Bir müddət əvvəl ABŞ-ın Müdafiə Naziri Hagel İŞİD-in gücünü elə böyütmüşdü ki, onun sözlərini eşidənlər İraqın şimalında qeyri-adi bir ilahi qüvvənin zühur etdiyinə inanırdı. İndi isə İraqdan gələn xəbərlər İŞİD-in canının bir düymədə cəmləşdiyini sübut edir. Necə ki, həmin düymə basılan kimi onun at oynatdığı məkanlar bir-bir əlindən çıxır.

Bu gün İraqın quzeyndən aldığımız xəbərlər də bu fikri təsqidləyir. Məlumata görə, səhər saatlarında Kərkükdə genişmiqyaslı hərbi əməliyyata başlayıb. Peşmərgələrlə şiə silahlılarının birgə həyata keçdikləri döyüşdə qısa zaman ərzində bir neçə kənd geri alınıb. Maraqlıdır ki, türkmənlərin yaşadığı Bəşir kəndinə doğru hərəkət edən əməliyyatçılar ciddi bir müqavimətlə qarşılaşmayıblar. İŞİD-çilərin arada bir minomyotlardan atəş açdıqları qeyd olunur.

Xarici mətbuata istinadən Strateq.az bildirir ki, hərbi əməliyyatlarda xeyli silahlı qüvvə iştirak edir. Təkcə türkmən könüllülərindən əməliyyata qoşulanların sayı 5000 nəfərdir.

“Xalq Birlikləri” adı adı altında birləşən peşmərgə və türkmən yaraqlılarının Şimal bölgə komandiri Yılmaz Nəccarın dediyinə görə, qarşılarında ən ciddi maneə İŞİD-çilərin yollara, tarlalara döşədikləri minalardır. Hərbçilər minaları təmizləyərək hərəkət etdiklərindən bu, əməliyyatın sürətini azaldır. Marşrut üzərindəki minaların axşama qədər zərərsizləşdiriləcəyi təxmin olunur.

İndiyə qədər bir neçə kəndi azad edən “Xalq Birlikləri” artıq Bəşir kəndinin 2 km-liyindədirlər. İndiyə qədər isə əməliyyatlarda yalnız 1 nəfər şəhid olub, 5 döyüşçü yaralanıb. Qarşı tərəfin nə qədər itki verdiyi isə açqlanmır.