XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 13:07

“Sərhədə divar çəkməklə,…” – Merkeldən Balkanlara dəstək vədi

Almaniya kansleri Angela Merkelin dünən iki günlük Balkan səfəri başlayıb. Səfər çərçivəsində xanım Merkel Serbiya, Bosniya və Albaniyada olacaq.

Strateq.az Axar.az-a istinadən məlumat verir ki, Merkel bu gün Belqradda serbiyalı həmkarı Aleksandr Vucic ilə bir araya gəlib.

Alman liderə qaçqın axınından şikayət edən Vucic problemin həll edilməsi üçün Avropa Birliyinin dəstəyinə ehtiyac duyduqlarını bildirib.

“Sərhədə divar çəkməklə” məsələnin həll olunmayacağını deyən Merkel Balkan ölkələrinə dəstək veriləcəyini deyib.

Xatırladaq ki, Serbiya Daxili İşlər Nazirliyi 2015-ci il ərzində 34 min əcnəbinin nazirliyə müraciət etdiyini bildirib.

Qaçqın probleminə çarə tapa bilməyən Macarıstanda isə vəziyyət daha acınacaqlıdır. Rəsmi Budapeşt “Dublin qətnaməsi” nə məhəl qoymayaraq qaçqınlara sığınacaq verməyi qadağan edən qanun layihəsi qəbul etsə də, Brüsselin təzyiqi nəticəsində bu qanunu ləğv etməyə məcbur olmuşdu.

Onu da qeyd edək ki, təkcə 2015-ci ilin ilk 6 ayında 60 min əcnəbi Macarıstana sığınıb.