XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 15:04

Türklər Məkkəyə metro çəkəcək

Türklər Məkkəyə metro çəkəcək

Türkiyə inşaat şirkəti Məkkəyə metro çəkəcək.

ANS PRESS-in məlumatına görə, Türkiyənin “Kolin İnşaat” şirkəti Səudiyyə Ərəbistanında Məkkəyə metro çəkilməsi haqqında tenderi qazanan konsorsiumun (iki və daha çox şirkətin müvəqqəti olaraq həyata keçirdiyi iş) tərkibində yer alıb.
Məkkəyə çəkilən metro xətlərindən birinin uzunluğu 11,9 kilometrdir və 3 stansiyadan ibarət olacaq. İkincisinin uzunluğu isə 13 kilometr və 6 stansiyadan ibarət olacaq. Xətlərin inşasına gələn ildən başlanılacağı deyilir. Layihənin 2019-cu ilə qədər tamamlanacağı planlaşdırılır.
Qeyd edək ki, konsorsium tenderi 2,3 milyard dollarlıq təkliflə qazanıb. Beləliklə, “Kolin İnşaat” İspaniyanın “İsolux Corsan” və Səudiyyə Ərəbistanın “Haif” şirkəti ilə müqəddəs şəhərə iki metro xətti çəkəcək.
Malayziyanın “Prasarana Group” inşaat şirkəti isə 2,4 milyon dollar təklif edərək dizayn sahəsində tenderi qazanıb. Layihənin müqaviləsi qarşıdakı aylarda imzalanacaq.