XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 20:10

Əfqan İŞİD-nin lideri öldürüldü

IŞİD'li Şahidullah Şahid

İŞİD-in Əfqanıstandakı lideri öldürülüb. Əfqan milli təhlükəsizlik orqanı bu xəbəri yayıb. Məlumata görə, Şahidullah Şahid ABŞ-ın insansız hava aparatı (İHA) vasitəsilə qətlə yetirilib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl onun köməkçisi Gül Zaman da eyni üsulla həyata vida etmişdi. Həmin hücum zamanı Güllə bərabər 48 İŞİD-çi də dünyasını dəyişmişdi. Son hava hücumunda liderinin öldürülməsiylə təşkilatın gücünün xeyli azalacağı güman olunur.

Şahidullah Şahid əvvəl Talibanın Pakistan üzrə sözcüsü idi. Daha sonra İŞİD sıralarına qatılan Şahidullah Əfqanıstanda bu təşkilatın əsasını qoyanlardan biri kimi tanınır. Maraqlıdır ki, əfqan İŞİD-i hazırda ən çox Taliban silahlıları ilə döyüşür.

Strateq.az