XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 13:49

Moskva və Ankara “türk axını” ilə bağlı müzakirə aparır

putin-erdogan-AA

“Moskva və Ankara "Türkiyə axını" qaz kəməri layihəsi çərçivəsində iki xəttin müzakirəsini aparır".

TASS xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, ikinci xətt Avropanın cənub-qərb zonasındakı istehlakçıları nəzərdə tutur və o, Qara dəniz və Türkiyə üzərindən çəkiləcək.

A.Novak deyib ki, Ukrayna üzərindən qaz tranzitinin bahalaşması fonunda "Türkiyə axını" layihəsinə həm Moskva, həm Ankara tərəfindən maraq artır: "Ukraynalı həmkarlarımız deyirlər ki, tranzit tarifləri artacaq və sözsüz, bu halda Türkiyə istehlakçıları üçün yekün qiymət bahalaşacaq. Buna görə Türkiyə tranzit ölkələrsiz, qazın birbaşa təchizatında maraqlıdır. "Türkiyə axını" layihəsində Türkiyədəki istehlakçıları (15,75 milyard kubmetr) təmin edəcək qaz xətti də müzakirə edilir".