XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 19:22

“Bir çox tərəfdaşımız həbs olundu və ya ordudan xaric edildi…” –ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən Türkiyə açıqlaması

jozef-abs-general

Türkiyədə iyulun 15-də baş vermis hərbi çevriliş cəhdindən sonra silahlı qüvvələrdə və bütövükdə təhlükəsizlik aparatında aparılan kütləvi həbslər Pentaqonda və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində narahatlıq doğurur.

ABŞ-ın Mərkəz Komandanı (CENTCOM) , general Jozef Votel Koloradoda keçirilən toplantıdakı çıxışı zamanı Türkiyədəki uğursuz çevriliş cəhdi və hökumətin buna reaksiyasının Pentaqonun bölgədəki əməliyyatlarına zərər verəcəyini deyib.

General Votel bildirib ki, çevriliş cəhdinin ardınca ABŞ ordusunun Türkiyə ordusundakı bir çox yaxın müttəfiqləri həbsə atılıb. 

“Bir çox türk lider, xüsusən də hərbi liderlərlə sıx münasibətlərimiz var. Bu münasibətlərin baş verənlərdən necə təsirlənəcəyi ilə bağlı narahatlıqlarımız var” – deyə, general bildirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper də eyni narahatlığı dilə gətirib.

O deyib ki, ABŞ-ın antiterror əməliyyatlarının əsas iştirakçıları olan türkiyəli zabitlər ya həbs olunub, ya xidmətdən kənarlaşdırılıb. 

“Bir çox tərəfdaşımız həbs olunub və ya ordudan xaric edilib. Şübhəsiz ki, bu, ABŞ-ın Orta Şərq strategiyasını daha da mürəkkəbləşdirəcək. Uğursuz çevriliş cəhd Türkiyənin milli təhlükəsizlik aparatına bütövlükdə zərbə vurub” – deyə, Klepper deyib.

“Bloomberg” Vaşinqtonun Türkiyə ordusundakı həbslərlə bağlı narahatlığına toxunaraq yazır ki,  son 18 ayda Ərdoğan Suriyaya Türkiyə ərazisindən keçən əcnəbi döyüşçülərin əngəllənməsində ABŞ-la əməkdaşlıq edib. Amma çevriliş cəhdindən sonra gərginlik yaranıb.

Virtualaz.org