Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya kəndində yanğın baş verib. Yanğın Avstraliya yığmasının yerləşdiyi binada olub. Hadisə nəticəsində zərərçəkən olmadığı bildirilir.
Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, yanğına səbəb binanın zirzəmisindəki zibilin yanması olub. Bu barədə Avstraliyanın Milli Olimpiya Komitəsinin saytında bildirilir.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və yarım saat sonra avstraliyalılar binaya qayıdıblar.