XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 İyul 2015 - 14:02

Kim Çen son 3 ildə 70 nəfəri edam etdirib – Nazirdən açıqlama

kim-cen.jpg

2011-ci ildə prezident kürsüsünə əyləşən Şimali Koreya lideri Kim çen bu günə qədər ölkəsində 70 nəfərin ölümünə səbəb olub. çen bu adamların hamısını edam etdirib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənubi Koreyanın xarici işlər naziri Yun Byunq-se paytaxt Seulda çıxışı zamanı edam qərarlarının sayı ilə bağlı Kim çenlə atası Kim Conq arasında müqayisə aparıb.

Nazir bildirib ki, hər ikisinin hakimiyyətdəki ilk 3 ili müqayisə olunarsa, Kim çenin atasından 7 dəfə artıq edam qərarına imza atdığı bəlli olar. Şimali Koreyanı «qorxu imperiyası» adlandıran XİN rəhbəri bu məlumatları haradan əldə etdiyini açıqlamayıb.