XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2016 - 13:48

Riodakı Olimpiadaya Rusiyanın266 idmançısı buraxılıb

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına Rusiyadan 266 idmançı buraxılıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Vitali Mutko bəyan edib.

Daha əvvəlki məlumata görə, Rusiyanın Ağır Atletika Federasiyasının idmançılarının diskvalifikasiyası nəticəsində Olimpiadaya 272 rusiyalı atletin qatılacağı deyilirdi. V.Mutko bildirib ki, bəzi idmançılar yenə ixtisara salınandan sonra Rusiya komandasının yekun tərkibi 266-ya düşüb.

Rusiya bu beynəlxalq idman yarışlarında 34 idman növündə təmsil olunacaq.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçiriləcək.